Avropa Parlamentinin keçmiş üzvü: "Səslərin hesablanmasını müşahidə edəcəyik"

Avropa Parlamentinin keçmiş üzvü: "Səslərin hesablanmasını müşahidə edəcəyik"
# 26 sentyabr 2016 16:34 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Saat 19:00-da artıq səslərin hesablanmasını müşahidə edəcəyik”.

Bu sözləri APA-ya açıqlamasında Mərkəzi Demokratlar İnternasionalının Genişlənmə Komitəsinin sədri, Avropa Parlamentinin keçmiş üzvü, portuqaliyalı David Mario deyib. O, referendumla bağlı təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirib: “Biz Mərkəzi Seçki Komissiyasında da olmuşuq. Digər seçkilərlə müqayisə etdikdə görürük ki, əslində 29 maddəyə cavab vermək daha çox vaxt almalıdır. Onların sayılması da uzun müddət tələb edir. Biz müxtəlif beynəlxalq təşkilatların üzvləri ilə də görüşmüşük. Prosedur tam qanunauyğun şəkildə davam edir. Səhər seçicilər daha fəal idi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR