UEFA prezidenti AFFA-nın dəvətini müsbət cavablandırıb

UEFA prezidenti AFFA-nın dəvətini müsbət cavablandırıb
# 22 sentyabr 2016 15:01 (UTC +04:00)

Bakı – APA. UEFA-nın yeni prezidenti Aleksander Çeferin Bakıya gələcək. Apasport.az xəbər verir ki, o, AFFA-nın prezidenti Rövnəq Abdullayevin dəvətinə əsasən ölkəmizə təşrif buyuracaq.

Çeferinlə yanaşı, baş katib Teodor Teodoridis də AÇ-2020-nin 4 oyununa ev sahibliyi edəcək Bakının loqosunun təqdimat mərasimində iştirak etmək üçün paytaxtımıza gələcək.

Mərasim sentyabrın 30-da Bakı Olimpiya stadionunda keçiriləcək.

Qeyd edək ki, AFFA-nın baş katibi Elxan Məmmədov bir neçə gün öncə apasport.az saytına açıqlamasında Çeferini Bakıya dəvət etdiklərini açıqlamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR