Zakir Həsənov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb - FOTO

Zakir Həsənov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb - <span style="color: red;">FOTO
# 22 sentyabr 2015 11:45 (UTC +04:00)

Bakı - APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov İsrailin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stavla görüşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən müdafiə naziri ona Azərbaycanla İsrail arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR