Bakının 4 rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakının 4 rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
# 20 aprel 2016 07:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bakı şəhəri Sabunçu, Xəzər, Xətai və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı Regional qaz istismarı Departamentinin xidmət əraziləri üzrə orta təzyiqli qaz kəmərlərində, eləcə də daxili qaz təchizatı şəbəkəsində təmir işləri ilə əlaqədar, 20 aprel 2016-cı il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Bakıxanov və Balaxanı qəsəbələrində, Xəzər rayonunun Şüvəlan qəsəbəsində, Xətai rayonunun M.Hadi, S.Ə.Şirvani, Sarayeva, Q.Nəbi, M.Rüstəm, Cavanşir, Sadıqcan, Mehmandarov, Şıxlınski küçələrində. Gəncə prospekti və Zığ yolu ətrafında, Abşeron rayonunun Mexkalon yaşayış massivi, Xırdalan şəhərinin bir hissəsi, kənd Xırdalan, Ş.Əfəndizadə küçəsi, Bakı-Şamaxı yolunun sağ hissəsi həmçinin Masazır kəndinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR