“EgyptAir” aviaşirkətinə məxsus təyyarə Özbəkistanda təcili eniş edib

“EgyptAir” aviaşirkətinə məxsus təyyarə Özbəkistanda təcili eniş edib
# 08 iyun 2016 10:01 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Qahirə-Pekin marşrutu ilə uçan “EgyptAir” aviaşirkətinə məxsus təyyarə Özbəkistanda təcili eniş edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, “Əl Əhram” infomasiya portalı təyyarənin göyərtəsində bomba olması ilə bağlı xəbərdarlıqdan sonra müvafiq addımın atıldığını ehtimal edib.

Məlumatlara əsasən, naməlum şəxs Qahirə beynəlxalq aeroportuna zəng edərək təyyarəyə bomba yerləşdirildiyini bildirib. Buna görə də təyyarənin Özbəkistanda eniş etməsi ilə bağlı qərar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR