ABŞ-da iki təyyarə göydə toqquşub, 3 nəfər ölüb

ABŞ-da iki təyyarə göydə toqquşub, 3 nəfər ölüb
# 07 sentyabr 2016 22:36 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Corciya ştatında iki yüngülmotorlu təyyarə göydə toqquşub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Diamond Aircraft DA20C1 və Beech F33A təyyarələri Qərbi Corciya regional hava limanının yaxınlığında toqquşaraq yerə düşüb.

Hadisə nəticəsində 3 nəfər ölüb.

Qəzanın səbəbləri barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR