Malena Mard: “Readmissiya məsələsi Avropa İttifaqı ilə Azərbaycan arasında uzun müddət aktual qalacaq”

Malena Mard: “Readmissiya məsələsi Avropa İttifaqı ilə Azərbaycan arasında uzun müddət aktual qalacaq”
# 01 fevral 2016 07:53 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycanla Avropa İttifaqı arasında readmissiya sazişi imzalanıb. Bu, onu göstərir ki, bu məsələ Azərbaycanla Aİ arasında uzun müddət aktual qalacaq”.

APA-nın məlumatına görə, bu sözləri Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, Aİ 2017-ci ilə kimi Azərbaycanda miqrasiya problemlərinin həlli üçün 3,5 milyon avro ayırıb: “Miqrasiya proseslərini tənzimləmək üçün Dövlət Sərhəd Xidmətinə 400 min avro dəyərində avadanlığın verilməsi nəzərdə tutulur. Bu sahədə rəsmi dövlət qurumları ilə sıx işləyirik”.

Dövlət Miqrasiya Xidmətinin sədr müavini Pərvin Musayev readmissiya məsələlərinin BMqT və Avropa İttifaqının dəstəyi ilə qaydaya düşəcəyinə ümid etdiyini bildirib: "İnsanlar xarici ölkələrə miqrasiya edirlər. Orada pul xərcləyirlər, lakin qeydiyyata düşə bilmirlər və digər problemlər yaşayırlar. Bu məsələdə ilk növbədə özləri günahkardırlarsa, qəbul edən ölkə də günahkardır. Onlar ya qeydiyyata götürülməli, ya da geri qaytarılmalı idilər. Onlar bu gün Azərbaycana readmissiya olunurlar. Bu adamlara dəstək göstərmək lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR