Azərbaycanlı bankir BƏƏ-də şirkət rəhbəri olub

Azərbaycanlı bankir BƏƏ-də şirkət rəhbəri olub
# 30 noyabr 2015 07:35 (UTC +04:00)

"APA-Economics"in xəbərinə görə, B. Qurbanzadə "Amrahbank"dakı vəzifəsində cəmi 1 ay işləyib. Cari ilin oktyabr ayında bu vəzifəyə təyin olunan bankir noyabr ayından etibarən özünə yeni iş yeri tapıb. Noyabr ayından B. Qurbanzadə baş ofisi Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən "Begatech" şirkətinin baş direktorudur. Şirkət rəqəmsal tətbiqlər sahəsində ixtisaslaşıb.

Bununla yanaşı, B. Qurbanzadə BƏƏ-də yerləşən "Flexible Business Solutions Company" şirkətinin MDB ölkələri üzrə konsultantıdır.

Xatırladaq ki, B. Qurbanzadə 2012-ci ilin avqust ayından 2015-ci ilin oktyabr ayınadək Azərbaycan Beynəlxalq Bankının İslam Bankçılığı departamentinin direktoru vəzifəsində çalışıb. Adıçəkilən departament ləğv olunduqdan sonra B. Qurbanzadə tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bundan sonra bankir "Amrahbank"da çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR