SOCAR Bakı-Novorossiysk kəməri ilə nəqli bərpa etmək üçün "Transneft"lə danışıqlar aparır

SOCAR Bakı-Novorossiysk kəməri ilə nəqli bərpa etmək üçün "Transneft"lə danışıqlar aparır
# 19 fevral 2016 12:30 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR 2016-cı ildə Bakı-Novorossiysk kəməri ilə neft nəqlini bərpa etmək üçün Rusiyanın "Transneft" şirkəti ilə danışıqlar aparır. "APA-Economics" xəbər verir ki, "Reuters" agentliyi SOCAR-dakı mənbəyinə istinadən yazır.

Agentlik xatırladır ki, SOCAR dekabr ayı ərzində texniki məhdudiyyətlər ucbatından Bakı-Novorossiysk kəməri nəqli dayandırıb. "Biz nəqlin başqa marşrutla, Mahaçqala üzərindən aparılmasını xahiş etdik. Bu, müqavilədə də öz əksini tapıb. Lakin "Transneft" texniki məhdudiyyətləri səbəb kimi göstərərək, bizə "yox" cavabı verdi", - deyə mənbə qeyd edib.

Şirkət rəsmisi bildirib ki, SOCAR bu il ərzində Rusiya üzərindən 1,4 mln. ton neft ixrac etməyə hazırdır. Ötən il bu göstərici 1,27 mln. ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR