İŞİD Səudiyyə Ərəbistanındakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

İŞİD Səudiyyə Ərəbistanındakı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
# 26 oktyabr 2015 21:04 (UTC +04:00)

Bakı-APA. İŞİD terror qruplaşması Səudiyyə Ərəbistanında törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Nəcran şəhərində terrorçu-kamikadzenin məsciddə özünü partlatması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Bundan əvvəl partlayış nəticəsində 2 nəfərin öldüyü bildirilirdi. Xəsarət alanların dəqiq sayı barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, Nəcran şəhəri Səudiyyə Ərəbistanının cənub-qərbində, Yəmənlə sərhəddə yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR