FİFA: Dünya çempionatı qışda keçiriləcək

FİFA: Dünya çempionatı qışda keçiriləcək
# 25 sentyabr 2015 20:15 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun başbilənləri əsasən 2022-ci ildə Qətərdə baş tutacaq dünya çempionatını müzakirə edib.

Yay mövsümündə havanın temperaturu ilə əlaqədar olaraq Qətərdə mundialın təşkil olunmasının olduqca çətin, hətta mümkünsüz olacağı nəzərə alınaraq dünyanın ən böyük futbol turnirinin qış aylarında keçirilməsinə qərar verilib.

FİFA-dan verilən yazılı açıqlamada qeyd edilib ki, mundial 21 noyabr – 18 dekabr tarixləri arasında keçiriləcək və 28 gün davam edəcək.

Final oyunu 18 dekabrda, Qətərin müstəqillik günündə oynanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR