Tovuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Tovuzda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 31 oktyabr 2015 07:59 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci il oktyabrın 22-də Tovuz rayonunun Qovlar şəhərində işgüzar forum keçirib.

Fonddan "APA-Economics"ə verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- iri fermer təsərrüfatının yaradılması;

- müasir heyvandarlıq kompleksinin, cins heyvandarlıq, kartofçuluq və yüksək məhsuldar kartof toxumçuluğu təsərrüfatlarının yaradılması;

- istixana və intensiv üzümçülük təsərrüfatlarının yaradılması;

- meyvəqurutma, şirniyyat məhsulları və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR