Çində şiddətli yağışlar nəticəsində 61 nəfər ölüb, 14 nəfər itkin düşüb

Çində şiddətli yağışlar nəticəsində 61 nəfər ölüb, 14 nəfər itkin düşüb
# 03 iyul 2016 18:57 (UTC +04:00)

Bakı-APA. Son iki həftə ərzində Çinin mərkəzi və şərq bölgələrində yağan şiddətli yağışlar nəticəsində 61 nəfər ölüb, daha 13 nəfər isə itkin düşmüş hesab olunur.


APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, təbii fəlakət ən çox ölkənin Hübey və Ənhoy əyalətlərinə ziyan vurub.


Adıçəkilən əyalətlərdə müvafiq olaraq 34 və 27 nəfər həyatını itirib. Agentlik əlavə detallar barədə hələ ki, məlumat vermir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR