"AzRe"nin öhdəlikləri artıb

"AzRe"nin öhdəlikləri artıb
# 30 mart 2016 07:41 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “AzRe Təkrasığorta” ASC 2015-ci il üçün maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, ötən il şirkətin cəmi aktivləri 14 mln. 447 min 103 manat və ya 17,15% artaraq 98 mln. 691 min 90 manat olub. Hesabat dövrünün sonuna cəmi uzunmüddətli aktivləri 23 mln. 921 min 203 manat, cəmi qısamüddətli aktivləri isə 74 mln. 769 min 886 manat təşkil edib.


2014-cü il ilə müqayisədə ötən il “AzRe Təkrarsığorta”nın nizamnamə kapitalı dəyişməyərək 40 mln. manat olub. Hesabat dövründə şirkətin məcmu kapitalı 69 mln. 511 min 208 manat təşkil edib. Bu, 2014-cü ildəki göstəricidən 13 mln. 971 min 270 manat və ya 25,16% çoxdur.

2015-ci ildə şirkətin cəmi öhdəlikləri 475 min 834 manat və ya 1,66% artaraq 29 mln. 179 min 882 manata çatıb. Hazırda “AzRe Təkrarsığorta”nın cəmi uzunmüddətli öhdəlikləri 29 mln. 171 min 954 manat, cəmi qısamüddətli öhdəlikləri 7 min 929 manat təşkil edir.

Hesabat dövründə şirkətin gəlirləri 66 mln. 101 min 381 manat, xərcləri 48 mln. 113 min 949 manat olub. “AzRe Təkrarsığorta” 2015-ci ili 14 mln. 171 min 280 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR