AÇ-2016: Portuqaliya yarımfinal mərhələsinə yüksəlib

AÇ-2016: Portuqaliya yarımfinal mərhələsinə yüksəlib
# 01 iyul 2016 00:12 (UTC +04:00)

Bakı-APA. AÇ-2016-da 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk yarımfinalçının adı Polşa və Portuqaliya yığmaları arasında keçirilən matçdan sonra müəyyənləşib.

Çempionatın maraqlı komandalarından olan Polşa birinciliklə vidalaşmalı olub. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Qalibi müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac yaranıb.

1/8 finalda eyni üsulla İsveçrəyə qalib gələn Polşa bu dəfə üzülən tərəf olub. Blaşikovskinin zərbəsində qola icazə verməyən Rui Patrisio komandasını yarımfinala daşıyıb.

Maraqlıdı ki, Portuqaliya millisi turnir müddətində heç bir matçın əsas vaxtında qalib gələ bilməyib.

Avropa çempionatı - 2016

1/4 final mərhələsi

30 iyun

Polşa - Portuqaliya - 1:1 (əlavə vaxt)

Qollar: Levandovski, 2 - Renato Sançez, 33

Penaltilər: 4:5

Baş hakim: Feliks Brix

Marsel. “Velodrom” stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR