Birinci rübdə AÇQ-dən 8 mln. ton neft hasil olunub

Birinci rübdə AÇQ-dən 8 mln. ton neft hasil olunub
# 24 may 2016 10:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. İlin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

“BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, rüb ərzində AÇG-dən ümumi hasilat – “Çıraq” (46 000), “Mərkəzi Azəri” (155 000), “Qərbi Azəri” (116 000), “Şərqi Azəri” (69 000), “Dərinsulu Günəşli” (139 000) və “Qərbi Çıraq” (126 000) platformalarından birlikdə - gündə orta hesabla 651 000 barel və ya ümumilikdə 59 mln. bareldən artıq, yəni 8 mln. ton təşkil edib.

Rübün sonunda AÇG-də ümumilikdə 95 neft hasilat quyusu və 41 qaz və su injektor quyusu istismarda idi. Bu ilin birinci rübündə AÇG-də 5 neft hasilat quyusu və 2 suvurma quyusu qazılıb.

Birinci rüb ərzində AÇG layihəsinə təqribən 137 mln. dollar əməliyyat məsrəfləri və 396 mln. dollar əsaslı məsrəflər xərclənib.

Qeyd edək ki, AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), “Chevron” (11,3%), “İnpex” (11%), “Statoyl” (8,6%), “ExxonMobile” (8%), TPAO (6,8%), “İtochu” (4,3%), “ONGC Videsh Limited” (OVL) (2,7%).

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin Podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR