Azərbaycan benzin və dizel yanacağının istehsalını azaldıb

Azərbaycan benzin və dizel yanacağının istehsalını azaldıb
# 19 aprel 2016 07:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın neft məhsullarının istehsalı sahəsində istehsalın həcmi 622,3 mln. manat olmaqla əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə 3,5% azalıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin üç ayı ərzində ölkədə 281,1 min ton dizel yanacağı istehsal olunub ki, bu da daha əvvəlki ilin üç ayı ilə müqayisədə 6,4% azdır. Nəticədə bu ilin aprelin 1-nə 71,9 min ton məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 572,0 min ton dizel yanacağı istehsal edilib. Bu, ötən ilin üç ayı ilə müqayisədə 28,2% azdır. Nəticədə bu ilin aprelin 1-nə 56,0 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-mart aylarında Azərbaycanda ağ neftin istehsalı 5,3% artıb. Belə ki, bu ilin üç ayı ərzində ölkədə 172,0 min ton ağ neft istehsal olunub ki, bu ilin aprelin 1-nə 51,9 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-aprel ayları ərzində ölkədə neft bitumunun istehsalında 32,5% azaraq 22,0 min ton təşkil edib. Nəticədə aprelin 1-nə 9,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin ilk üç ayında ölkədə sürtgü yağlarının istehsalı 2015-ci illə müqayisədə 64,3% azalıb. Belə ki, 3 ay ərzində 1,0 min ton sürtgü yağları istehsal olunub ki, nəticədə bu ilin aprelin 1-nə 13,1 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin 3 ayı ərzində Azərbaycanda neft məhsullarının istehsalında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında azalma var. Belə ki, ötən aylar ərzində 42,8 min ton neft-kimya sənayesində istifadə üçün benzini istehsal olunub ki, bu da 2015-ci ilin 3 ayı ilə müqayisədə 10,3% azdır. Nəticədə bu ilin aprelin 1-nə 4,3 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu il ərzində Azərbaycanda 339,7 min ton yanacaq mazutu istehsal edilib ki, bu da daha əvvəlki illə müqayisədə 1 698,5 dəfə artım deməkdir. Nəticədə bu ilin aprelin 1-nə 8,8 min ton hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanda 21,4 min ton neft koksu istehsal edilib. Bu, ötən ilin 3 ayı ilə müqayisədə 67,0% azdır. Nəticədə bu ilin aprelin 1-nə 2,5 min ton hazır məhsul ehtiyatı yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR