Baş icraçı direktor: FETÖ işi çərçivəsində “Petkim”də tutulan 31 nəfərdən 18-i azad edilib

Baş icraçı direktor: FETÖ işi çərçivəsində “Petkim”də tutulan 31 nəfərdən 18-i azad edilib
# 07 sentyabr 2016 16:23 (UTC +04:00)

İzmir. Aqşin Rafiqoğlu – APA-Economics. Türkiyədə FETÖ terror təşkilatı istintaqı çərçivəsində SOCAR Türkiyənin “Petkim Petroholdinq A.Ş.”-də 31 nəfər saxlanılıb.

APA-Economics”in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında “Petkim Petrokimya Holdinq”in baş icraçı direktoru Anar Məmmədov bildirib.

Onun sözlərinə görə, "Petkim" Türkiyənin ayrılmaz bir hissəsidir: “Odur ki, ölkədə baş verən proseslərdən kənarda qala bilməzdik. Ancaq FETÖ ilə bağlı aparılan əməliyyatların birbaşa nə "Petkimə", nə də SOCAR-a aidiyyatı yoxdur”.

A.Məmmədov əlavə edib ki, artıq onlardan 18 nəfəri sonradan azadlığa buraxılıb. Qalan 13 nəfər əməkdaşın məhkəməsi baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR