Bu ilin 10 ayında dövlət büdcəsi 51,2 mln. manatlıq kəsirlə icra olunub

Bu ilin 10 ayında dövlət büdcəsi 51,2 mln. manatlıq kəsirlə icra olunub
# 16 dekabr 2015 06:51 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2015-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 13874,1 mln. manat vəsait daxil olub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Maliyyə Nazirliyinin məlumatlarına əsasən büdcədən 13925,3 mln. manat vəsait xərclənib, büdcənin icrasında yaranmış 51,2 mln. manatlıq kəsir ümumi daxili məhsulun 0,1%-i səviyyəsində olub.

Büdcə xərclərinin 5,4 mlrd. manatı iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 3,2 mlrd. manatı təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat sahələrinin, 5,3 mlrd. manatı isə digər sahələrin maliyyələşdirilməsinə yönəldilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR