"KfW" Azərbaycan hökumətinə 4 mln. avro ayırıb

"KfW" Azərbaycan hökumətinə 4 mln. avro ayırıb
# 08 sentyabr 2016 08:51 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Almaniya hökuməti Zaqatala-Balakən regionunda mühafizə olunan ərazilərin dəstəklənməsi layihəsi çərçivəsində Azərbaycana 4 mln. avro məbləğində qrant ayıracaq.

"APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı müvafiq sazişi maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov, Almaniya İnkişaf Bankının ("KfW") Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Eva Vitt imzalayıblar.

Layihənin ümumi dəyəri 4,5 mln. avrodur ki, bunun da 4 mln. avroluq hissəsi qrant hesabına maliyyələşdiriləcək. Layihənin reallaşdırılma müddəti 2016-2019-cu illəri əhatə edir.

H. Bağırov bildirib ki, ayrılan maliyyə vəsaiti hesabı Zaqatala dövlət qoruğunun ətrafında yerləşən kəndlərin və ümumilikdə regionun iqtisadi inkişafına böyük təkan verəcək. Belə ki, layihənin reallaşdırılması hesabına qeyd edilən regiona turist axını artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR