Moskvada iranlı rejissorun "Məhəmməd-Allahın elçisi" filminin premyerası keçirilib

Moskvada iranlı rejissorun "Məhəmməd-Allahın elçisi" filminin premyerası keçirilib
# 07 fevral 2016 14:22 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında iranlı rejissor Məcid Məcidinin İslam dininin peyğəmbərindən bəhs edən "Məhəmməd-Allahın elçisi" adlı filminin premyerası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, premyerada iranlı rejissor Məcid Məcidi, Rusiya Kinomatoqrafçılar İttifaqının sədri, kinorejissor Nikita Mixalkov, İranın Rusiyadakı səfiri Mehdi Sənai və hər iki ölkənin ictimaiyyət nümayəndələri, Moskvanın müsəlman sakinləri iştirak ediblər.

Filmin rejissoru Məcid Məcidi çıxışında "Məhəmməd-Allahın elçisi" filminin Səudiyyə Ərəbistanı və Misirdə qadağan olunduğunu bildirib.

Rejissor deyib ki, film Məhəmməd peyğəmbərin həyatından bəhs edən trilogiyanın birinci hissəsidir.

Nikita Mixalkov isə filmin büdcəsinin o qədər də böyük olmadığını söyləyib. Rusiyalı kinorejissor "arzu edirəm ki, İsa Peyğəmbər haqqında da buna oxşar film çəkilsin" deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR