SOCAR "Petkim"dəki payının bir qismini satmaq niyyətindədir

SOCAR "Petkim"dəki payının bir qismini satmaq niyyətindədir
# 24 mart 2016 09:26 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. "Socar Turkey Energy" mart ayında "Petkim Petrokimya Holding A.Ş"-dəki ("Petkim") payının bir qismini satışa çıxarmağı planlaşdırır.

"APA-Economics" Türkiyənin "Gazete Vatan" nəşrinə istinadən xəbər verir ki, səhmlər bu ay satışa çıxarılacaq. Bu barədə artıq müvafiq qurumlar məlumatlandırılıb.

Hazırda "Socar Turkey Energy" "Petkim"in 57,5%-nə nəzarət edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR