Azərbaycanın müdafiə naziri Türkiyəyə səfərə gedib

Azərbaycanın müdafiə naziri Türkiyəyə səfərə gedib
# 16 dekabr 2015 16:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin dekabrın 17-də keçiriləcək üçtərəfli görüşündə iştirak etmək üçün İstanbula gedib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, üçtərəfli formatlı görüşdə müdafiə sahəsində həyata keçirilən birgə əməkdaşlığın gedişatı nəzərdən keçiriləcək, regional təhlükəsizlik məsələləri, bölgədə sülhün, sabitliyin və iqtisadi inkişafın təmin edilməsi istiqamətində fəaliyyətlər müzakirə olunacaq.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə diqqət yetiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR