Müğənninin prodüserini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib

Müğənninin prodüserini qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib
# 19 avqust 2016 10:41 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətlə yetirməkdə təqsirli bilinən Yusif Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Vasif Mirzəyev qətlə yetirilən Hamlet Cahangirovun borcu olub-olmamasının araşdırılması haqqında vəsatətlə çıxış edib. Vəkil qeyd edib ki, bu barədə aidiyyatı qurumlara sorğu göndəriləcək.

Proses avqustun 30-da davam etdiriləcək.

Qeyd edək ki, qətl hadisəsi Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib. 1987-ci il təvəllüdlü Hamlet Cahangirov çoxsaylı bıçaq xəsrətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi və rayon prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Bakı şəhər sakinləri Yusif Mirzəyev həbs edilib.

Onu da qeyd edək ki, qətlə yetirilən Hamlet Cahangirov tanınmış müğənni Səidə Sultanın prodüseri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR