Bosniya və Herseqovinanın Rəyasət Həyətinin üzvü Bakıya gələcək

Bosniya və Herseqovinanın Rəyasət Həyətinin üzvü Bakıya gələcək
# 25 fevral 2016 13:55 (UTC +04:00)

Bakı-APA. Bosniya və Herseqovinanın Rəyasət Həyətinin üzvü Mladen İvaniç martın 10-da Bakıya səfər edəcək.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Mladen İvaniçin səfərinin məqsədi komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən martın 10-11-i tarixində keçiriləcək IV Qlobal Bakı Forumunda iştirak etməkdir.

Xatırladaq ki, Forumun işində 50-dən çox ölkə sabiq və indiki prezident, baş nazir və xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Forumun gündəliyində dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri və digər mühüm məsələlər yer alır.

Qeyd edək ki, Bosniya və Herseqovina Konstitusiyasının 5-ci maddəsinə əsasən prezidentlik funksiyasını Rəyasət Heyəti həyata keçirir.

Rəyasət Heyətinin tərkibində olan üç nəfər üzv 4 il müddətinə seçilirlər və 8 aydan bir rotasiya qaydası ilə Rəyasət Heyətinə sədrlik edirlər. Mladen İvaniç 2014-2105-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR