Azərbaycan üzərindən Ukrayna-Çin marşrutu üzrə hərəkət edən konteyner qatarı boş qayıdır

Azərbaycan üzərindən Ukrayna-Çin marşrutu üzrə hərəkət edən konteyner qatarı boş qayıdır
# 23 aprel 2016 07:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ukrayna-Gürcüstan-Azərbaycan-Qazaxıstan-Çin marşrutu üzrə hərəkət edən konteyner qatarı əks istiqamətdə boş qayıdır.

"APA-Economics" "İnterfax-Ukraine" agentliyinə istinadən xəbər verir ki, yanvarın 15-də hərəkətə başlayan və təxminən 16 sutka sonra Çinə çatan qatara yerli şirkətlər maraq göstərməyib. Xeyli vaxtdır sifariş gözləyən qatar nəhayət Ukrayna istiqamətində hərəkətə başlayıb.

Ukraynanın "Ukrzalnitsa" şirkətinin açıqlamasında bildirilir ki, bundan sonra qatar yalnız sifariş daxil olduğu təqdirdə hərəkət edəcək.

Buna baxmayaraq, Ukraynanın infrastruktur naziri Vladimir Omelyan yeni "İpək yolu" ilə hərəkət edən ilk qatarın Çinə çatmasını ciddi siyasi uğur adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR