Şəkidə 56 yaşlı qadını maşın vurub

Şəkidə 56 yaşlı qadını maşın vurub
# 13 avqust 2016 07:55 (UTC +04:00)

Şəki. Vüqar Heydərov - APA. Şəkidə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Şəki Şəhər-Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə avqustun 12-də rayonun Qoxmuq kənd yolunda qeydə alınıb. Qoxmuq kənd sakini Babək Əsgər oğlu Əliyev idarə etdiyi “QAZ 24” markalı, 10 CX 446 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən həmkəndlisi, 1960-cı il təvəllüdlü Xədirə Vələt qızı Abdurahmanovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan X. Abdurahmanova Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Şəki RMX-dan bildirilib ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən qadına qapalı kəllə-beyin travması və beyin silkələnməsi diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.


Faktla bağlı Şəki ŞRPŞ-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR