Bakıda qaçırıldığı ehtimal olunan avtomobil cərimə meydançasında tapılıb

Bakıda qaçırıldığı ehtimal olunan avtomobil cərimə meydançasında tapılıb
# 27 may 2016 08:28 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda qaçırıldığı ehtimal olunan avtomobil tapılıb.

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, Elmir Tapdıqov bir neçə gün əvvəl polisə müraciət edərək özünə məxsus “Mitsubishi Pajero” markalı, 90 LO 919 dövlət nömrə nişanlı avtomobilin qaçırıldığını bildirib.

Həyata keçirilən axtarışlar nəticəsində qaçırılmış avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin 11 saylı cərimə meydançasında tapılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR