Bəzi deputatlar avtomobilləri üçün xüsusi nömrə tələb edirlər

Bəzi deputatlar avtomobilləri üçün xüsusi nömrə tələb edirlər
# 15 aprel 2016 12:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisin iclasında millət vəkilləri Tahir Kərimli və Fəzail Ağamalı tədbirlərə gedərkən avtomobillərinin yol polisi tərəfindən müxtəlif vaxtlarda saxlanılmasından şikayətləniblər.


APA-nın məlumatına görə, F. Ağamalı deyib ki, Milli Məclisin iclasına tələsərkən də avtomobillərinin yol polisi tərəfindən saxlanılması halları olub. O bildirib ki, hətta yol polislərinə parlamentin iclasına tələsdiklərini deyərkən də bu, nəzərə alınmayıb: “Araşdırmışam, elə nömrələr var ki, saatda 200 km sürətlə gedərkən də həmin avtomobil saxlanılmır. Deputatlara da 2020-ci ilə qədər həmin nömrələrdən verilsin. Sonra kim yenidən seçilsə, nömrə qalsın, seçilməyən nömrəni təhvil versin”.

Sədr Oqtay Əsədov isə qeyd edib ki, xüsusi nömrə məsələsi yoxdur: “Milli Məclisin iclasına gecikməmək üçün tələsərkən avtomobiliniz saxlanılıb, cərimələnsəniz, o cəriməni mən verərəm. Ancaq hər kəs qanunun tələblərinə riayət etməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR