Samuxda çobana ağır xəsarət yetirilib

Samuxda çobana ağır xəsarət yetirilib
# 20 aprel 2016 23:41 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samuxda çoban döyülüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə Göygöl rayon sakini, 1989-cu il təvəllüdlü Elşad Hüseynov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Təpə nahiyəsinin açıq sınığı və qaş nahiyəsinin çapılmış yarası xəsarəti alan yaralıya dərhal tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. E. Hüseynovun sözlərinə görə, çoban işlədiyi Samux rayon Eldar kəndində mübahisə zəminində tanıdığı şəxs onun başına daşla zərbələr endirərək xəsarət yetirib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR