ABŞ Rusiyanın “S-300” komplekslərinin İrana satışına qarşı çıxış edib

ABŞ Rusiyanın “S-300” komplekslərinin İrana satışına qarşı çıxış edib
# 11 may 2016 04:18 (UTC +04:00)

Bakı-APA. ABŞ Rusiyaya məxsus “S-300” zenit-raket komplekslərinin İrana satılmasının əleyhinədir. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Elizabet Trüdo bildirib.

Bununla belə o əlavə edib ki, ABŞ bunu Tehranın nüvə proqramına dair sazişinin və BMT TŞ-nin qətnamələrinin pozulması kimi qiymətləndirmir.

“Biz Rusiyanın “S-300” zenit-raket komplekslərinin İrana satılmasına dair xəbərlərdən məlumatlıyıq. Biz daha əvvəl “S-300” komplekslərinin İrana satılmasına qarşı olduğumuzu bildirmişik. Dövlət katibi Rusiyanın XİN rəhbəri Sergey Lavrovla görüşlərində bu məsələni dəfələrlə qaldırıb. Bununla belə, biz bu komplekslərin tədarükünə qarşı olsaq da, buna Tehranın nüvə proqramına dair sazişinin və BMT TŞ-nin 2231 saylı qətnaməsinin pozulması demək olmaz”, - deyə o bildirib.

Qeyd edək ki, İran ordusu Rusiyanın tədarük etdiyi “S-300” komplekslərinin istifadəsinə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR