Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Moskvada esse müsabiqəsi keçirilir

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Moskvada esse müsabiqəsi keçirilir
# 01 sentyabr 2016 10:09 (UTC +04:00)

Bakı – APA. Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi, Diasporla iş üzrə Dövlət Komitəsi, Ümumrusiya Azərbaycanlıları Konqresi, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun dəstəyi ilə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Moskvada “Müasir Azərbaycanın memarı - Heydər Əliyev” mövzusunda esse müsabiqəsinə start verib.

APA-nın məlumatına görə, ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili bildirib ki, layihənin əsas məqsədi Rusiyada yaşayan azərbaycanlı gənclər arasında Heydər Əliyevin irsini təbliğ etmək, eyni zamanda, onlara Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verməkdir.

Müsabiqə üçün yazı forması Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın Müstəqillik Günü mövzusundan ibarət olmalıdır. Müsabiqədə iştirak etmək istəyənlər esselərini 1 oktyabr 2016 tarixinə QƏDƏR kimi[email protected][email protected] elektron poçtuna göndərə bilərlər.

Qaliblərin mükafatlandırılma mərasimi oktyabrın 9-da Azərbaycan icması evində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR