Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub

Dələduzluqda təqsirləndirilən şəxslərə hökm oxunub
# 04 mart 2016 12:32 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat İsmayılov, Samir İsayev və Səbuhi Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə N. İsmayılov və S. İsayevin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan S. Əliyev isə məhkəmə zalında həbs edilib. O, 7 il müddətinə azadlıqdan məhrum olunub.

Hər üç şəxs Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilridi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR