"AtaSığorta" öhdəliklərini kəskin artırıb

"AtaSığorta" öhdəliklərini kəskin artırıb
# 29 mart 2016 07:54 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “AtaSığorta” ASC 2015-ci il üçün maliyyə hesabatını açıqlayıb.

"APA-Economics" xəbər verir ki, ötən il şirkətin cəmi aktivləri 7 mln. 554 min 994 manat və ya 31,31% artaraq 31 mln. 681 min 705 manat olub. Hesabat dövrünün sonuna cəmi uzunmüddətli aktivləri 2 mln. 481 min 692 manat, cəmi qısamüddətli aktivləri isə 29 mln. 200 min 13 manat təşkil edib.

2014-cü il ilə müqayisədə ötən il “AtaSığorta”nın nizamnamə kapitalı 2 mln. 400 min manat və ya 24% artaraq 12 mln. 400 min manata çatıb. Hesabat dövründə şirkətin məcmu kapitalı 15 mln. 501 min 381 manat təşkil edib. Bu, 2014-cü ildəki göstəricidən 3 mln. 84 min 922 manat və ya 24,85% çoxdur.

2015-ci ildə şirkətin cəmi öhdəlikləri 4 mln. 470,72 min manat və ya 38,17% artaraq 16 mln. 180 min 325 manata çatıb. Hazırda “AtaSığorta”nın cəmi uzunmüddətli öhdəlikləri 15 mln. 324 min 804 manat, cəmi qısamüddətli öhdəlikləri 855 min 520,15 manat təşkil edib.

Hesabat dövründə şirkətin gəlirləri 17 mln. 170 min 271 manat, xərcləri 15 mln. 251 min 751 manat olub. “AtaSığorta” 2015-ci ili 1 mln. 238 min 227 manat xalis mənfəətlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR