DGK: “5 ətir, 15 əl kreminə görə 180 manat gömrük rüsumu...?” başlıqlı yazı həqiqəti əks etdirmir

DGK: “5 ətir, 15 əl kreminə görə 180 manat gömrük rüsumu...?” başlıqlı yazı həqiqəti əks etdirmir
# 16 dekabr 2015 09:09 (UTC +04:00)

Bakı - APA-Economics. Bir neçə gün bundan öncə bəzi kütləvi informasiya vasitələrində “5 ətir, 15 əl kreminə görə 180 manat gömrük rüsumu...?” başlıqlı həqiqəti əks etdirməyən yazı yerləşdirilib.

APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətinin məlumatında qeyd edilib.

Komitədən bildirilir ki, Rusiya Federasiyasının vətəndaşı Rəhman Talıb oğlu Rüstəmov 13 noyabr 2015-ci il tarixdə bacısı ilə birlikdə 743 saylı Moskva-Bakı aviareysi ilə ölkə ərazisinə gələrkən Gəncə Beynəlxalq Hava Limanında Hava Nəqliyyatında Baş Gömrük İdarəsi “Gəncə hava limanı” gömrük postunun əməkdaşları tərəfindən onların əl yüklərinə gömrük nəzarəti həyata keçirilib. Gömrük nəzarəti zamanı Rəhman Rüstəmova məxsus 1 ədəd çantanın içərisində ümumi çəkisi 15 kiloqram olan müxtəlif kosmetik vasitələr yükü olduğu müəyyən edilib. Şifahi şəkildə aparılan sorğu-sual zamanı o, kosmetik vasitələri satış məqsədi üçün gətirdiyini bəyan edib. Müvafiq mal-müşayiət sənədləri olmadığına görə, kosmetik vasitələr yükünün gömrük ödənişlərinə cəlb edilərək, gömrük rəsmiləşdirilməsindən keçirilməsi mümkün olmayıb, həmin yük saxlanca qəbul edilib və bu barədə tərtib olunmuş müvafiq protokolda vətəndaş imza edərək, protokolun bir nüsxəsini qəbul edib: “Vətəndaşa isə izah edilmişdir ki, saxlanc müddəti ərzində müvafiq mal-müşayiət sənədlərini təqdim edərək kommersiya məqsədi üçün gətirdiyi kosmetik vasitələr yükünü gömrük rəsmiləşdirilməsindən keçirmək və ya həmin yükü geriyə qaytarmaq hüququ vardır. Lakin saxlanc müddəti ərzində vətəndaş həmin yüklə əlaqədar gömrük orqanına heç bir müraciət etməmişdir”.

Xatırladaq ki, Azərbaycan prezidentinin 24 iyun 1997-ci il tarixli 609 saylı fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın tələblərinə əsasən kommersiya məqsədi üçün gətirilən yüklər müvafiq mal-müşayiət sənədləri əsasında gömrük ödənişlərinə cəlb edilməklə, gömrük rəsmiləşdirilmə-sindən keçirildikdən sonra ölkə ərazisinə buraxıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR