Kənan Yavuz: "Petlim"i "APM Terminals"ın idarəçiliyinə verilməsinə başlanılıb

Kənan Yavuz: "Petlim"i "APM Terminals"ın idarəçiliyinə verilməsinə başlanılıb
# 04 aprel 2016 09:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın Türkiyədəki aktivi Petkim limanını işlədəcək Hollandiyanın "APM Terminals" şirkətinə verilməsi prosesinə başlanıb.

"APA-Economics" xəbər verir ki, bunu "Yeni Əsr" qəzetinə müsahibəsində "SOCAR Turkey Energy" baş icraçı direktoru Kənan Yavuz bildirib.

Onun sözlərinə görə, limanın tikintisi tam başa çatıb və onun istifadəyə verilməsi ilə bağlı işlər uğurla həyata keçirilir.

K. Yavuz bildirib ki, STAR neft emalı zavodunun inşasının 54%-i artıq tamamlanıb: "Neft emalı zavodu 2018-ci ildə tam olaraq istifadəyə veriləcək. Bu zavod istifadəyə verildikdən sonra şirkət Türkiyənin 500 əri şirkətin arasında ikinci olacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR