Gəncədə qətl törədən şəxs yaxalanıb

Gəncədə qətl törədən şəxs yaxalanıb
# 16 aprel 2016 11:49 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Gəncədə törədilən qətlin üstü açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 13-də Tural Kərimovu qətlə yetirərək Natiq Süleymanova bıçaqla xəsarət yetirən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Mehman Hacıyev tutulub, daha bir nəfər isə müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR