Elçin Quliyev BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisini səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib

Elçin Quliyev BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisini səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib
# 16 dekabr 2015 14:30 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev bu gün BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Antonius Broeki səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən APA-ya verilən məlumata görə, görüşdə BMT-nin müvafiq qurumları ilə DSX arasında uzun müddət ərzində həyata keçirilən əməkdaşlığa nəzər salınıb, BMT İnkişaf Proqramı tərəfindən 2010-2012-ci illərdə inteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində bir layihənin icrasının yekunlaşdırılması, 2014-cü ildən etibarən isə digər layihənin uğurla davam etdirilməsi vurğulanıb, birgə əməkdaşlıq çərçivəsində Dövlət Sərhəd Xidmətinin texniki, təlim-tədris imkanlarının təkmilləşdirilməsində görülən işlərin əhəmiyyəti xüsusi qeyd olunub.

Dövlət Sərhəd Xidmətinin rəisi Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin bir hissəsinin bu günədək işğal altında qalmasını, bir milyona yaxın azərbaycanlının öz yurdlarından didərgin düşməsini qeyd edib, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyini, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu vurğulayıb.

Söhbət əsnasında dünyada və regionda baş verən hadisələrin sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar və cavab tədbirləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər Dövlət Sərhəd Xidməti və BMT-nin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinə ümidvar olduqlarını qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR