Naxçıvanda avtomobillə vurulan piyada xəstəxanada ölüb

Naxçıvanda avtomobillə vurulan piyada xəstəxanada ölüb
# 07 yanvar 2016 09:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Naxçıvanda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxs ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 5-də saat Naxçıvan şəhərində şəhər sakini Şahin Qasımov idarə etdiyi “King-Long” markalı avtomobillə yolu keçən həmyerlisi Nihalə Abazərlini vurub. Xəstəxanaya yerləşdirilmiş N. Abazərli yanvarın 6-da orada ölüb.

Naxçıvan şəhər Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR