Qardaşını öldürən şəxsin şikayəti üzrə məhkəmə başlayıb

Qardaşını öldürən şəxsin şikayəti üzrə məhkəmə başlayıb
# 09 sentyabr 2016 08:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qardaşının qətlində təqsirləndirilən Elxan Həbibovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.


APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası sentyabrın 23-nə təyin edilib.

Qeyd edək ki, ötən il dekabrın 25-də Nərimanov rayonu ərazisində paytaxt sakini, əvvəllər məhkum olunmuş E. Həbibov ailə-məişət münaqişəsi zəminində qardaşı, əvvəllər məhkum olunmuş Əbülfətə bıçaqla xəsarət yetirib. Əbülfət xəstəxanaya aparılarkən yolda ölüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Həbibov 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan E. Həbibov apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR