Elmar Məmmədyarov: "Ermənistan-Azərbaycan münaqişəsinin həlli regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasını təmin edəcək"

Elmar Məmmədyarov: "Ermənistan-Azərbaycan münaqişəsinin həlli regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasını təmin edəcək"
# 29 avqust 2016 11:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. “Azərbaycan bütün beynəlxalq ictimaiyyət, o cümlədən dövlət başçıları səviyyəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən qəbuledilməz və qeyri-davamlı hesab edilən mövcud status-kvonun dəyişdirilməsi üzrə substantiv danışıqların tərəfdarıdır”.

APA-nın Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, bu sözləri nazir Elmar Məmmədyarov Gürcüstana səfəri çərçivəsində həmkarı Mixeil Canalidze ilə görüşündə deyib.

O həmkarını Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi barədə məlumatlandırıb: “Münaqişənin həllində irəliləyişə nail olmaq üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və hərbi işğal faktına son qoyulmalıdır. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsi regionda davamlı sülh və təhlükəsizliyin bərqərar olmasını təmin edəcək”.

Görüşdə enerji və nəqliyyat sahəsində iki ölkə arasında əməkdaşlığın iri-miqyaslı və qarşılıqlı faydalı layihələrin və proqramların həyata keçirilməsi üçün imkanlar yaratdığı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin uğurlu təcrübəsi əsasında Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin icrası istiqamətində ölkələrimiz arasında fəal əməkdaşlığın olduğu qeyd olunub.

Nazirlər Bakı-Tbilisi-Qars (BTQ) dəmir yol xəttinin inşasının tezliklə başa çatdırılması üçün səylərin gücləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb, birgə mühüm infrastruktur layihələri həyata keçirən Azərbaycan, Gürcüstan və Türkiyə arasında artıq formalaşmış üçtərəfli tərəfdaşlıq mexanizminin mühüm əhəmiyyətini qeyd vurğulayıblar.

Tərəflər Azərbaycan və Gürcüstan arasında beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT və onun ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM çərçivəsində mövcud əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Nazirlər Azərbaycan və Gürcüstanın beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə uyğun olaraq, bir-birilərinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini dəstəklədiklərini bildiriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR