Xaricə səfər ilə bağlı toplanan sığorta haqları 20%-ə yaxın artıb

Xaricə səfər ilə bağlı toplanan sığorta haqları 20%-ə yaxın artıb
# 10 avqust 2016 13:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Ötən ilin 6 ayı ilə müqayisədə bu ilin eyni dövründə Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası ilə bağlı toplanan sığorta haqları 19,8% artıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından “APA-Economics”ə verilən məlumata görə, ötən ilin yanvar-iyun aylarında xaricə səfər edən vətəndaşların sığortası ilə bağlı 971 901 manat sığorta haqqı toplanıbsa, bu ilin eyni dövründə bu rəqəm 1 163 939 manata yüksəlib.

Müqayisə olunan dövrdə xaricə səfər edən vətəndaşların sığortası ilə bağlı ödənişlərdə də artım qeydə alınıb. Belə ki, ötən ilin 6 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə xaricə səfər edən vətəndaşların sığortası ilə ödəniş 35,2% artaraq 130 757 manata yüksəlib. Xatırladaq ki, ötən il bu sığorta sinfi üzrə ödəniş 96 680 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR