Avrokomissiya Ukrayna ilə vizasız rejimə dair təşəbbüs hazırlayır

Avrokomissiya Ukrayna ilə vizasız rejimə dair təşəbbüs hazırlayır
# 02 mart 2016 12:54 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Avropa Komissiyası hazırda Ukraynanın anti-korrupsiya ilə bağlı tədbirlərini dəyərləndirir və viza rejiminin ləğv edilməsi üçün qanunvericilik təşəbbüsü hazırlayır.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Avropa xarici fəaliyyət xidməti baş katibinin müavini Helqa Şmidt Avropa Parlamentdəki çıxışında bildirib. “Ukraynanın inkişafı və üzərinə götürdüyü öhdəliklər Avrokomissiyaya dekabrda müsbət hesabat hazırlanmağa imkan verib. Ukrayna islahatlara davam etməlidir”, - deyə o, söyləyib.

Qeyd edək ki, ötən il dekabrın 18-də Avrokomissiya Avropa Şurasına Gürcüstan, Ukrayna və Kosovoya münasibətdə vizasız rejimin tətbiq edilməsini təcili qaydada nəzərdən keçirməyi tövsiyə etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR