“Azercell” istifadəçiləri üçün sərfəli internet təklif edir

“Azercell” istifadəçiləri üçün sərfəli internet təklif edir
# 02 mart 2016 14:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azercell Telekom” mobil internet istifadəçiləri üçün çox sərfəli təkliflə çıxış edir.

Mobil operatordan “APA-Economics”ə verilən məlumata görə, 2 mart tarixindən etibarən “Azercell-dən 4G MiFi və 3G USB Modem” kampaniyası çərçivəsində 4G MiFi cihazını alan abunəçilərə ilk ay limitsiz internet paketi təqdim edilir. Nəticədə, abunəçi 80 AZN ödəməklə, 4G MiFi + 4G dəstəkli Simsim DATA nömrə + bir aylıq limitsiz internet paketinə sahib olur. 4G MiFi 100 Mb/s-ə qədər internet sürəti təmin edir ki, bu da abunəçiyə rahat şəkildə internetdən istifadə imkanı yaradır.

Qeyd edək ki, verilən hədiyyənin istifadə müddəti 30 gündür. Hədiyyənin həcmi 30 gündən tez bitərsə, “Azercell” abunəçisini yenə də internetsiz qoymur. Belə ki, abunəçi müddətin sonunadək limitsiz həcmdə və pulsuz internetdən istifadə edə bilər. Bu zaman sadəcə internetin sürəti azalır. Hədiyyə müddəti bitdikdən sonra abunəçi növbəti ay üçün mövcud internet paketlərindən birini sifariş edə bilər. Bunun üçün müvafiq açar sözü 2525-ə göndərilməlidir. Xidmətə qoşulmuş nömrədə digər xidmətlərdən (SMS və s.) istifadəyə görə xidmət haqları nömrədə mövcud olan tarif paketinə əsasən hesablanır. Nömrədə hər hansı digər tarif paket aktiv edilməyibsə, bu halda tarifləşmə fakturasız (SimSim) xətt sistemində mövcud olan “Azercellim” tarif paketinə uyğun aparılır.

Kampaniya çərçivəsində abunəçi ikinci ay cəmi 10 manat ödəməklə 10 GB internet paket əldə edə bilər. Bunun üçün abunəçi müvafiq “serfeli” açar sözü 2525-ə göndərilməlidir.

“Azercell” ötən il ərzində internet paketlərində 55%-dək endirimlər edib. Bununla yanaşı, “Azercell” şəbəkəsindən ötürülən məlumatın həcmi 2014-cü illə müqayisədə 35% arıb. Hazırda “Azercell”in hər iki abunəçisindən biri fəal mobil internet istifadəçisidir və əvvəlki illərlə müqayisədə iki dəfə çox mobil internet istifadə edir. “Azercell” nəinki telefondan, ümumiyyətlə müxtəlif cihazlardan sürətli internetə çıxışı təmin edir. Şirkət yalnız Azərbaycan deyil, bütün regionda belə ilk dəfə olaraq 4G texnologiyasını müştərilərin kommersiya istifadəsinə təqdim edib.

“Azercell” bundan sonra da abunəçilərini sərfəli tarif paketləri və yeni cəlbedici kampaniyalarla sevindirməkdə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR