Gürcüstanda erməni və gürcü gənclər arasında baş verən kütləvi dava ilə bağlı araşdırma aparılır

Gürcüstanda erməni və gürcü gənclər arasında baş verən kütləvi dava ilə bağlı araşdırma aparılır
# 02 may 2016 15:24 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistanın Gürcüstandakı səfirliyi aprelin 23-dən 24-nə keçən gecə Axaltsixedə erməni və gürcü gənclər arasında baş vermiş insidentdən xəbərdardır.

APA-nın “panarmenian.net” saytına istinadən verdiyi xəbərə görə, bu barədə səfirliyin məlumatında deyilir. Bildirilib ki, səfirlik baş verən insident və həmin vaxt polisin reaksiyası ilə bağlı ətraflı məlumat əldə etmək, yaranmış gərginliyi aradan qaldırmaq üçün müvafiq orqanlarla əlaqə saxlayıb. Hələlik hadisəyə görə saxlanılanlar yoxdur.

Ermənistanın Gürcüstandakı səfiri Yuiy Vardanyanın yaxın vaxtlarda Cavaxetiyaya gedərək ordakı erməni icması və yerli hakimiyyət nümayəndələri ilə görüşlər keçirəcək.

Qeyd edək ki, aprelin 23-də qondarma “erməni soyqırımı”nı anmaq üçün ziyarətgahlarına gedən bir qrup erməni ilə həmin ərazidə əylənən gürcü gənclər arasında mübahisə və kütləvi dava olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR