Qusar rayon Polis Şöbəsinə yeni rəis təyin olunub

Qusar rayon Polis Şöbəsinə yeni rəis təyin olunub
# 05 avqust 2016 16:37 (UTC +04:00)

Qusar. Vəli Turan – APA. Qusar rayon Polis Şöbəsinə (RPŞ) yeni rəis təyin olunub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, daxili işlər naziri, general polkovnik Ramil Usubovun əmri ilə Bakının Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin rəisi Zaur Bədəlov Qusar RPŞ-nin rəisi vəzifəsinə təyinat alıb.

Qusar RPŞ-nin keçmiş rəisi Arif Əliyev isə təqaüdə göndərilib.

Qusar RPŞ-dən APA-ya faktı təsdiqləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR