İrandan Azərbaycana 24 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 24 min ədəd siqaretin qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb
# 05 aprel 2016 09:39 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə sərnişin avtobusunda tütün məmulatının gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes-Benz” markalı sərnişin avtobusu yoxlanılıb. Yoxlamadan əvvəl sürücü şifahi sorğu-sual edilib.

Onun idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, həmçinin tütün məmulatının olub-olmadığı barədə sual verilib. Vətəndaş öz növbəsində idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və mütləq bəyan ediləsi heç bir predmetin, həmçinin tütün məmulatının olmadığını bildirib.

Lakin sözügedən sərnişin avtobusunda yoxlama zamanı avtobusun yataq yerinin sağ divarında olan havalandırma sisteminin arxasındakı boşluqda Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 24 min ədəd “MM” adlı siqaretlər aşkaredilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR