DİN Tərtər sakininin valideynlərini qətlə yetirməsi ilə bağlı məlumat yayıb

DİN Tərtər sakininin valideynlərini qətlə yetirməsi ilə bağlı məlumat yayıb
# 05 oktyabr 2015 10:21 (UTC +04:00)

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 4-də Tərtər rayon sakini, ruhi xəstə Qurban Nəsibov Cəmilli kəndində yaşadığı evdə münaqişə zəminində atası Xanbabaya və anası Nazlıya küt alətlə xəsarət yetirib hadisə yerini tərk edib. Xanbaba və Nazlı hadisə yerində ölüblər.

Tərtər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə Q.Nəsibov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR