İyunda Azərbaycanda dövriyyədə olan nağd pulların həcmi 1% artıb

 İyunda Azərbaycanda dövriyyədə olan nağd pulların həcmi 1% artıb
# 08 avqust 2016 13:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Azərbaycanda son 1 ildə dövriyyədə olan nağd pulların həcmi 10,97% və ya 777,4 mln. manat azalaraq bu ilin iyul ayının 1-nə 7 084,4 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, iyun ayında dövriyyədə olan nağd pulların həcmi 62,7 mln. manat və ya 1% artıb. Ümumiyyətlə, ilin əvvəli ilə müqayisədə iyunda dövriyyədə olan nağd pulların həcmi 890,2 mln. manat və ya 16,43% artıb. Beləliklə, bu il artıq 6-cı aydır ki, ölkədə dövriyyədə olan nağd pulların həcmi artmaqdadır.

Xatırladaq ki, dövriyyədə olan nağd pulların həcminin azalması prosesi 2014-cü ilin avqust ayından başlayıb. Həmin vaxtdan indiyədək yalnız 2015-ci ilin may ayında bu göstərici üzrə artım qeydə alınıb.

Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 75,6% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR