“Azəryolservis”də 2 mindən çox işsiz vətəndaşın işlə təmin olunması nəzərdə tutulub

“Azəryolservis”də 2 mindən çox işsiz vətəndaşın işlə təmin olunması nəzərdə tutulub
# 08 fevral 2016 13:10 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azəryolservis” ASC prezident İlham Əliyevin kənd və qəsəbə yollarının tikintisinin aparılması istiqamətində tövsiyə və göstərişlərinə əsasən, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqram”larında avtomobil yollarının tikintisini vaxtında icra etmək, o cümlədən işsizliyin aradan qaldırılması istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi layihələrə dəstək olmaq məqsədi ilə Bakı şəhərində və regionlarda Cəmiyyətin Yol İstismar İdarələrinə işçi qəbulu aparır.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, yol tikintisi sahəsi üzrə, yola aid xüsusi texnikaların, maşın-mexanizmlərin idarə edilməsində təcrübəsi olan və yaşayış yeri üzrə Məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyatda olan vətəndaşlar “Azəryolservis” ASC-nin həmin rayon və şəhərlərdə yerləşən Yol İstismar İdarələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, ümumilikdə yol tikintisi sahəsi üzrə təcrübəsi olan 2 184 işsiz vətəndaşın müvafiq işlə təmin olunması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR